Qəbələ Şamaxı ya qarşı

29.08.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında üçüncü tura start verilir. Sport24.az xəbər verir ki, hesabat həftəsinin ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Qəbələdə keçiriləcək. Bölgənin eyniadlı təmsilçisi "Şamaxı"nı qonaq edir. Mövsümə iki məğlubiyyətlə başlayan "qırmızı-qaralar" 2025/26 "futbol ili"ndə ilk xalını və ya xallarını qazanmağa çalışacaq. Söylənilənlərə əsasən, bu görüş Kaxaber Tsxadadze üçün son şansdır. Komanda bu dəfə də meydana xalsız tərk edəcəyi halda rəhbərlik gürcü mütəxəssislə yolları ayıracaq. "Şamaxı"nın isə aktivində 1 xal var. Azər Bağırovun çalışdırdığı "şirlər" səfərdən heç-heçə ilə qayıdacağı halda bunu uğur kimi qəbul etmək olar.

Qeyd edək ki, oyunun start fiti saat 18:00-da səslənəcək.

Misli Premyer Liqası

I dövrə, III tur

18:00. "Qəbələ" - "Şamaxı"

Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev
VAR: Elvin Bayramov 
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev 
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ. Şəhər stadionu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью