“Qəbələ” Şamaxıda “Araz Naxçıvan”la üz üzə YENİLƏNİR

23.10.2026

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Misli Premyer Liqasında IX tura start veriləcək.

Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Turun açılış matçı Şamaxıda baş tutacaq. Burada “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək.

Meydan sahibləri mövsümdə ilk qələbələrini qazanmağa çalışacaq. Qonaqlar isə baş məşqçi Yeton Bekirinin rəhbərliyi altında səfərdən xal və ya xallarla qayıtmağı hədəfləyir.

Qarşılaşma saat 15:00-da başlayacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Aktivində 4 xal olan “Qəbələ” isə 10-cu sıradadır.

Misli Premyer Liqası
IX tur

15:00. "Araz-Naxçıvan" – "Qəbələ"
Şamaxı şəhər stadionu

I Liqa: VIII turun oyun cədvəli müəyyənləşib II Liqa: IX turun oyun cədvəli açıqlanıb “Sabah” – “Qarabağ” matçının hakimi bəlli oldu “Kəpəz” məşqləri itkisiz davam etdirir AFFA-dan “Qarabağ” və “Araz-Naxçıvan”ın futbolçuları üçün maarifləndirici sessiyalar
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью