Qəbələ seçim qarşısında: paytaxt, yoxsa bölgə? rəsmi açıqlama

09.06.2025

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Məlum olduğu kimi, "Qəbələ" 2025/26 mövsümündə premyer-liqada çıxış edəcək.

Bu gün əsas məsələlərdən biri də "qırmızı-qaralar"ın təmsil etdiyi bölgədə məskunlaşıb-məskunlaşmayacağıdı.
Xatırlayırsızsa, apreldə komandanın uzun illərdən sonra yenidən Qəbələyə qayıdacağı, ancaq səfər matçları ərəfəsində paytaxta təşrif buyuracağı haqda bilgi yayılmışdı.
Məsələ nə yerdə qaldı? Klub bu mövzuda konkret qərara gəlibmi?
"Football-plus.az"ın suallarını "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı cavabladı:

"Hələ bu barədə qərar verilməyib. Məqsədimiz Qəbələdə məskunlaşmaqdı. Ancaq hər şey ola bilər. Bu, bizim üçün prinsipial məsələ deyil. Bu haqda çox düşünmürük. Gələcəkdə qəti qərar veriləcək".

KƏNAN BAHADIR
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью