“Qəbələ” “Şəfa” matçına doğru: Zədəli futbolçular var İdmanXəbər

04.12.2025

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Qəbələ” doğma meydanda “Şəfa” ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, iki komanda da görüşə itki ilə çıxacaq. Ev sahibi klubda cəzalı oyunçu yoxdur.

Yalnız bir oyunçu zədə səbəbindən “Şəfa”ya qarşı oynamayacaq ki, o da fransalı yarımmüdafiəçi Jondo Fuksdur.

Bakı təmsilçisində isə zədəli Aqil Nəsibov, Ədilxan Qaraəhmədov, Əlirza Müştəbazadə və cəzalı Elvin Nəsibov meydana çıxa bilməyəcək.

Qeyd edək ki, “Qəbələ” – “Şəfa” görüşü dekabrın 4-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью