“Qəbələ” səfərdə “Araz Naxçıvan”a qalib gəldi Premyer Liqa

23.10.2026

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının IX turunun açılış matçında “Araz-Naxçıvan” və “Qəbələ” komandaları qarşılaşıb.

Redaktor.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Baş hakim Əkbər Əkbərzadənin idarə etdiyi qarşılaşmada “Qəbələ”nin qollarını İsmael Akinade (8-ci dəqiqə) və İsaak Amoah (48-ci dəqiqə) vurublar. Meydan sahiblərinin yeganə qoluna isə Mohamed Mara (36-cı dəqiqə) imza atıb.

Bu nəticədən sonra Yuri Maksimovun rəhbərlik etdiyi “Qəbələ” 7 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Hələ qələbə qazanmayan “Araz-Naxçıvan” isə 2 xalla sonuncu – 12-ci yerdədir.

Qeyd edək ki, günün ikinci görüşündə "Zirə" doğma meydanda "Sumqayıt"ı qəbul edəcək. Tura oktyabrın 25-də yekun vurulacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью