Qəbələ şəhər stadionu Azərbaycan Estoniya oyununa hazırdır FOTOLAR AZƏRTAC

14.11.2024

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan milli komandasının UEFA Millətlər Liqasının V turunda Estoniya yığmasını qəbul edəcəyi Qəbələ şəhər stadionunda işlər yekunlaşıb.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, arenada media tribunanın, yeni mərkəzi kamera platformasının, qapı arxası platformanın, texiniki ərazinin təmir tikinti işləri, eləcə də, mövcud platformaların gücləndirilməsi və çəkiliş maşınları meydancasının düzləşdirilməsi prosesi başa çatıb.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan – Estoniya oyunu saat 18:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью