Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
Qəbələ şəhər stadionu qardan təmizlənir - Video
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Ötən gecə ot örtüyü qara bürünən Qəbələ şəhər stadionu bu gün səhər saatlarından etibarən qardan təmizlənir.
QOL.az xəbər verir ki, sözügedən arenada bu gün Misli Premyer Liqasının 22-ci turunun “Qəbələ” - “Karvan-Yevlax” matçı keçiriləcək. Oyunun saat 17:00-da başlaması nəzərdə tutulub.
“Qəbələ”nin mətbuat xidmətindən QOL.az-a verilən məlumata görə, görüş başlayanadək stadionun ot örtüyünün qardan tamamilə təmizlənəcəyi gözlənilir.