“Qəbələ” Sumqayıtda qalib gəldi

21.11.2026

Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Premyer Liqasının XII turunda “Qəbələ” səfərdə “Şəfa” ilə üz-üzə gəlib.

Modern.az xəbər verir ki, “SOCAR Polymer Arena”da keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Qırmızı-qaralar”ın heyətində Şahin Şahniyarov (59-cu dəqiqə) və Meşak Uboçioma (90+2-ci dəqiqə) fərqləniblər.

Bu nəticədən sonra “Qəbələ” 11 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 5 xala malik Bakı təmsilçisi isə 11-ci yerdədir.

Qeyd edək ki, XII turun ilk oyun günündə “İmişli” “Zirə” ilə heç-heçə (2:2) edib. “Sabah” səfərdə “Sumqayıt”a (5:1), “Turan Tovuz” isə “Şamaxı”ya (2:0) qalib gəlib. Tura noyabrın 22-də yekun vurulacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью