“Qəbələ” “Turan Tovuz” oyunu ilə bağlı qərar

09.09.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Premyer Liqasının XIV turunda qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılan “Qəbələ” – “Turan Tovuz” oyunundan sonra bütün texniki imkanlar araşdırılıb.

Futbolpress.az PFL-ə istinadən xəbər verir ki, turun davam etməsi baxımından matçın sabah bütün texniki imkanların təmin olunması ilə keçirilməsinin mümkün olmadığı müəyyən edilib. Bu məsələ ilə bağlı hər iki klubun nümayəndələri ilə görüş keçirilib və mövcud vəziyyət barədə məlumat verilib.

Oyunun keçirilmə tarixi ilə bağlı Peşəkar Futbol Liqasının İdarə Heyətinin müzakirəsindən sonra rəsmi məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью