“Qəbələ” üçün arzuolunmaz rəqib “Neftçi”

18.09.2026

futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Neftçi” Misli Premyer Liqasının VI turunda bu gün “Qəbələ”nin qonağı olacaq. Görüşə saat 17:30-da start veriləcək.

Komandalar arasında baş tutan son 5 matçın hər birini “Neftçi” qazanıb. “Ağ-qaralar” səfər oyunlarında aşkar üstünlüklə seçilir. “Qəbələ” “ağ-qaralar”a qarşı keçirdiyi son üç ev oyununda cəmi 1 qol vurub.

“Neftçi” bu mövsüm çempionatda 3 səfər görüşündə 2 qələbə qazanıb, 1 dəfə uduzub. Yuri Vernidubun komandasının yeganə məğlubiyyəti “Zirə”yə qarşı olub (0:1).

Bakılılar səfərdə 6 qol vurub, 4-nü buraxıb.

“Qəbələ” isə evində 3 oyunda 1 qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Qəbələdə əldə olunan yeganə üç xal “İmişli”yə qarşı matçda olub.

“Neftçi” 5 turdan sonra 12 xalla turnir cədvəlində ikincidir. Aktivində 4 xalı olan “Qəbələ” isə 8-ci pillədə qərarlaşıb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью