Qəbələ uduzdu, İmişli və Zaqatala dan qələbə

02.05.2025

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Azərbaycan 1-ci liqasında 24-cü tur yekunlaşıb.

QOLaz xəbər verir ki, 2-ci - sonuncu oyun günündə 3 matç keçirilib. 

"İmişli" "Qaradağ Lökbatan"ı qəbul edib. "Zaqatala" MOİK-lə üz-üzə gəlib. Turun mərkəzi oyunu isə Yevlaxda olub. Burada "Karvan" "Qəbələ" ilə qarşılaşıb.

Qeyd edək ki, 1-ci liqada "Qəbələ" artıq çempionluğu, "Karvan" və "İmişli" Premyer Liqaya vəsiqəni təmin ediblər.

2 may (cümə) 

17:00. “İmişli” – “Qaradağ Lökbatan” - 3:1

Qollar: İ.İnqilablı, 56; O.Timilehin, 65; S.Fərəcov, 90+1 – N.Novruzov, 75

Hakimlər: Emin Əliyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Sənan Bayramzadə

Heydər Əliyev adına İmişli şəhər stadionu

17:00. “Zaqatala” – MOİK - 1:0 

Qol: R.İsmayılov, 57

Qırmızı vərəqə: Ə.Ələkbərli, 90+3 (MOİK)

Hakimlər: Fərid Hacıyev, Teymur Teymurov, Anar Bədəlov, Əkbər Əhmədov

Zaqatala OİK stadionu

17:00. “Karvan” – “Qəbələ” - 2:0

Qollar: E.Qasımov, 62; E.Morqan, 80

Hakimlər: Kamran Əliyev, Kərim Zeynalov, Samir Qaracayev, Niyaz Əhmədov

Yevlax şəhər stadionu

1 may (cümə axşamı)

“Cəbrayıl” – “Bakı Sportinq” - 2:1

“Difai” – “Mingəçevir” - 1:4

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью