Apasport saytından alınan məlumata görə, Icma.az bildirir.
Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan “Qəbələ” heyətini legioner futbolçu ilə gücləndirib.
Apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi İspaniyanın “Atletiko Sanluqeuno” klubunun müdafiəçisi İsaak Amoahla anlaşıb.
24 yaşlı futbolçu “Qəbələ” ilə yaxın günlərdə rəsmi müqavilə imzalayacaq.
Onun İspaniya klubu ilə sözləşmə müddəti bu ayın sonunda başa çatacaq.
Qeyd edək ki, Qanadan olan futbolçu “Valyadolid”in yetirməsidir. O, İspaniyada “Algesiras”, “Tarazona” klublarında oynadıqdan sonra Polşa təmsilçisi “Poqon”un (Siedlçe) da şərəfini qoruyub.
Qurban Qurbanov: “Bu müddətdən düzgün istifadə etmək istəyirik” “Mançester Yunayted” Sanço ilə yollarını ayıracaq Elmar Baxşıyev: “Bunun üçün vaxtımız var” KL: “Sabah” məğlub olsa, bu rəqiblə qarşılaşacaq "Araz-Naxçıvan" 4 futbolçu ilə yollarını ayırıb