futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Qəbələ” milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə 2 yoxlama oyunu keçirəcək.
Futbolpress.az xəbər verir ki, sentyabrın 27-si “Karvan Yevlax”la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, hər iki matç Qəbələ şəhər stadionunda baş tutacaq.
“Qəbələ” çempionatda 6 turdan sonra 4 xalla 8-ci sıradadır.