futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Qəbələ” bu gün yoxlama oyunu keçirəcək.
Futbolpress.az xəbər verir ki, Yeton Beqirinin rəhbərlik etdiyi kollektiv Yaponiyanın U-20 seçməsi ilə üz-üzə gələcək. Qəbələ şəhər stadionunda keçiriləcək matça saat 16:00-da start veriləcək.
“Qəbələ” Misli Premyer Liqasında 6 turdan sonra 4 xalla 9-cu sıradadır.
Yaponiyanın U-20 yığması oktyabrın 6-da Azərbaycanın U-20 millisi ilə yoxlama görüşü keçirəcək.