Qəbələ yə müraciət etsək də... Zaqatala nın baş məşqçisi

08.10.2025

Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.

"Komanda üç gün istirahət etdi. Artıq iki gündür məşqlərə başlamışıq".

Bunu Fanat.Az-a açıqlamasında 1-ci Liqa təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov deyib.

O, millilərin oyunları ilə əlaqədar yaranan fasilədə yoxlama oyunu keçirmək istədiklərini, lakin böyük ehtimalla, bunun baş tutmayacağını bildirib: "Əlbəttə, yoxlama oyunu keçirmək istəyirdik. Lakin bizə məsafə baxımından yaxın olan "Qəbələ"yə müraciət etsək də, qrafiklərimiz düz gəlmədiyi üçün alınmadı. "Kəpəz" və "Karvan-Yevlax"la da əlaqə saxladıq. Oxşar səbəblərdən Premyer Liqa komandaları ilə üz-üzə gəlmək istəyimiz baş tutmadı. Təbii ki, özümüz 1-ci Liqa təmsilçilərinin biri ilə oynamaq üçün paytaxta və ya hansısa bölgəyə yollana bilərdik. Lakin mövcud vəziyyətdə maliyyəmiz buna imkan vermir. 2-ci Liqa komandaları ilə qarşılaşmaq isə çatışmazlıqları görmək, aradan qaldırmaq planında arzulanan səviyyədə alınmır. Belə deyim, 99 faiz ikitərəfli oyunla kifayətlənməli olacağıq".

Nihat 

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью