Qəbələ yeni mövsüm öncəsi altı yoxlama oyunu keçirməyi planlaşdırıb

09.06.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

"Qəbələ" komandası təlim-məşq toplanışına iyulun 4-də başlayacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq "qırmızı-qaralar"ın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli bildirib.

O, hazırlıq prosesinin Qəbələdə baş tutacağını söyləyib:

"Komanda toplanışın startından təxminən bir həftə sonra burada ilk yoxlama oyununu keçirəcək. Qəbələyə təlim-məşq toplanışına gələcək komandalardan biri ilə qarşılaşacağıq. Ümumilikdə 6 yoxlama matçı nəzərdə tutulub".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью