Qəbələ yetirməsini icarəyə götürüb

10.09.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Qəbələ" akademiyasının yetirməsi olan Rüfət Əhmədov yenidən "qırmızı-qaralar"ın formasını geyinəcək.

Bu barədə Bakıvaxtı.az-a əyalət təmsilçisindən məlumat verilib.

22 yaşlı sol cinah müdafiəçisisi "Turan Tovuz"dan icarəyə götürülüb.

O, mövsümün sonunadək "Qəbələ"nin uğurları üçün çalışacaq. Karyerası ərzində "Kəpəz"də də çıxış edən Rüfət Əhmədov U-21 milli komandasının heyətində 9 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" bunadək Salihu Nasiru, Xayme Syerra, Pirins Ovusu, Paulo Quimbila, İsaak Amoah, Adriel Ba Loua, Eduardo Kunde və İbrahim Sanqareni heyətinə cəlb edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью