“Qəbələ” yetirməsini qaytardı

25.04.2026

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Futbolpress.az xəbər verir ki, müdafiəçi Salman Ələsgərov “qırmızı-qaralar”ın formasını geyinəcək. 23 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Akademiyanın yetirməsi olan Ələsgərov 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib. O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışıb. Salman karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib. Müdafiəçi Azərbaycanın U-18 millisinə də cəlb olunub.

Qeyd edək ki, “Qəbələ” bunadək qapıçı Müşfiq Nadirov, müdafiəçi Vüqar Həsənov və yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью