Qəbələ yolunun təmiri nə vaxt bitəcək? RƏSMİ

03.02.2026

Icma.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov ötən ilin aprel ayında Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun yenidən qurulması işlərinin 2025-ci ildə başa çatdırılmasının planlaşdırıldığını açıqlamışdı. Maraqlıdır, hazırda bu istiqamətdə görülən işlər hansı mərhələdədir?

AAYDA-nın Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, yolun əsas hissəsində aparılan işlər artıq yekunlaşıb:

“Muğanlı-İsmayıllı-Qəbələ yolunun əsas hissəsi keçən ilin sonlarına doğru yekunlaşdı. Artıq yoldan istifadə etmək olur. Bircə Ağsu ərazisində körpünün və tunelin inşası istiqamətində işlər aparılır. Müəyyən hissələrdə son tamamlama işləri görülür".

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью