Qəbələ zirvəyə yüksəldi

28.11.2024

sport24.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"Qəbələ" Azərbaycan I Liqasında liderliyə yüksəlib. sport24.az xəbər verir ki, XVII turda "Karvan"la qarşılaşan "qırmızı-qaralar" 1:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda yeganə qolu 88-ci dəqiqədə Nuğay Rəşidov meydan sahiblərinin qapısından keçirib.

Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "Qəbələ" zirvəni ələ keçirib. 18 xalı olan "Karvan" isə ikinci pilləyə düşüb.

Günün digər matçında isə qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib.

"Difai" – "Mingəçevir" - 3:3

Qollar: İ.Allahverdiyev, 58-pen; 81, C.Kamta, 90+4 - İ.Əliyev, 19, 48, T.Məmmədzadə, 61-pen.

 "Karvan" – "Qəbələ" - 0:1

Qol: N.Rəşidov, 88

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью