Qəbələdə 18 yaşlı oğlan özünü ağacdan asdı

26.12.2024

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qəbələdə intihar hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə gecə saat 23 radələrində Böyük Pirəlli kəndinin ərazisində baş verib.

Kənd sakini əvvəllər məhkum olunmuş 18 yaşlı Röyal Cahandar oğlu Ağababayev ağacdan özünü asıb. İntiharın səbəbləri bəlli deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью