Qəbələdə 53 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb

13.04.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbələdə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə Qəbələ rayonunda baş verib, hadisə nəticəsində rayon sakini 53 yaşlı Hacibalayeva Xatirə Məzahir qızı dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Aparılan bütün səylərə baxmayaraq şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью