Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qəbələdə yol-nəqliyyat hadisəsi 65 yaşlı kişinin ölümü ilə nəticələnib.
Milli.Az xəbər verir ki, hadisə sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndi ərazisində baş verib.
Məlumata görə, Şakir Eyvazov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub.
Xəstəxanaya yerləşdirilən H. İsrafilov dünən orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)