Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Qəbələ Rayon Məhkəməsində 71 yaşlı piyadanın ölümündə təqsirləndirilən sürücü Hamlet Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə H.Yolçuyev 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, hadisə martın 23-də Qəbələ şəhəri ərazisində baş verib.
Şəhər sakini Hamlet Yolçuyevin idarə etdiyi KİA markalı avtomobil yolu keçən piyada, 71 yaşlı Səmayə Hüseynovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.