Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı

11.11.2024

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Nohurqışlaq kəndi ərazisindən keçən magistral yolda baş verib.

Belə ki, kənd ərazisində “Mersedes” və VAZ-2107 markalı avtomobillər toqquşub.

Nəticədə VAZ-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, “Mercedes”in sürücüsü 30 yaşlı Elgün Məmmədzadə və 2 sərnişini xəsarət alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью