Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün saat 10 radələrində qeydə alınıb.
İlham Balakişiyev idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən piyada, 74 yaşlı Vəzuhə Əzməmmədovanı vurub. Nəticədə qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Samir Əli