Qəbələdə ağır qəza ölən var

01.02.2025

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Yanvarın 31-də saat 20 radələrində Qəbələ rayonunun Tövlə kəndində “VAZ-2106” və “VAZ-2101” markalı avtomobillər toqquşub.

Bakıvaxtı.az xəbər verir ki, nəticədə “VAZ-2106”-da olan sərnişin 1958-ci il təvəllüdlü Ehsan Kərimov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər sərnişin 1976-cı il təvəllüdlü Müslüm Soltanov və sürücü 56 yaşlı E.Muşdaqov xəsarət alıb.

Həmçinin digər avtomobilin sürücüsü 30 yaşlı Aqasif Qəribli və sərnişini 2002-ci il təvəllüdlü Elnur Cəbrayılov xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью