Bakupost saytından alınan məlumata görə, Icma.az bildirir.
Qəbələdə ağır yol qəzası baş verib.
Bakupos.az "Report"a istinadən kəbər verir ki, hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, idarəetmədən çıxan "Nissan Navara" markalı avtomobil yol kənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ölən şəxsin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.