Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qəbələdə avtomobilin vurduğu piyada xəstəxanada ölüb.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndinin ərazisində qeydə alınıb.
Belə ki, Şakir Eyvazov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub.
Xəstəxanaya yerləşdirilən H. İsrafilov dünən ölüb.
Faktla bağlı araşdırma aparılır.