Qəbələdə bir xəstədə 3 əməliyyat icra olundu

26.02.2025

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.


Qəbələ Rayon Mərkəzi Xəstəxanasında bir pasiyent üzərində eyni anda 3 mürəkkəb cərrahi əməliyyat icra edilib

"Medicina" xəbər verir ki, Həkim-cərrah Fariz Abdullayev, assistent həkim-cərrah-uroloq Elçin Bağırlı və həkim-anestezioloq-reanimatoloq Azər Söhbətov tərəfindən həyata keçirilən sol sidik axarının stentləşdirilməsi, S-vari bağırsağın rezeksiyası və kolostomanın qoyulması əməliyyatları açıq üsulla icra edilib.

Qeyd edək ki, xəstəxanaya müraciət edərkən pasiyentə S-vari bağırsağın çoxsaylı divertikuliti, parakolik abseslə ağırlaşması (sol yan kanalda böyük abses), absesin sol sidik axarı ilə invaziv bitişmələri diaqnozları təyin edilib və dərhal cərrahi əməliyyata qərar verilib.

Müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью