Qəbələdə ev yandı

12.05.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qəbələdə yaşayış evi yanıb.

"Unikal" xəbər verir ki, yanğın Qəbələ rayon Kürd kəndində 1958-ci il təvəllüdlü  Əsədov Mənsur Əlibala oğluna məxsus fərdi yaşayış evində baş verib.

Yanğın yerinə Qəbələ rayon YMH-nin texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 128 k/m olan fərdi yaşayış evi içərisindəki əşyalarla birlikdə tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Seymur Əli


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью