Qəbələdə ev yanıb

28.05.2025

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Qəbələdə yanğın hadisəsi baş verib.

APA-nin Şirvan bürosu xəbər verir ki, Qəbələ sakini 1957-ci il təvəllüdlü Umidxanov Ələkbər Ağa oğluna məxsus ikimərtəbəli ümumi sahəsi 168 kv. m olan evin ikinci mərtəbəsi tamamilə, birinci mərtəbəsinin isə 84 kv. m sahəsi yanğından qismən mühafizə olub.

Əraziyə dərhal FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Yanğının səbəbləri məlum deyil, araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью