Qəbələdə evi yararsız vəziyyətə düşən sakin üçün çadır qurulub VİDEO

20.05.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Fövqəladə Hallar Nazirliyinə (FHN) Qəbələ rayonu, Kürd kəndində yaşayan vətəndaş Mənsur Əsədova məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən ailənin müvəqqəti yaşayışı məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью