Qəbələdə göldə 1 nəfər batıb

23.01.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonu, Nohurqışlaq kəndində göldə 1 nəfərin batması barədə məlumat daxil olub.

APA nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.

Əlavə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью