Qəbələdə göldə batdığı ehtimal edilən şəxsin axtarışları davam edir VİDEO AZƏRTAC

23.01.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Qəbələ, 23 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Nohurqışlaq kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri Fövqəladə Hallar Nazirliyinə istinadla bildirir ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Şimal-Qərb Regional Mərkəzinin xilasediciləri axtarışlara cəlb olunublar.

Qeyd edək ki, Nohurqışlaq kəndi ərazisində yerləşən Nohurgöl su anbarı ətrafında batdığı ehtimal olunan şəxsin telefonu, şəxsiyyət vəsiqəsi və paltarları gölün kənarında tapılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью