Qəbələdə göldə meyiti tapılan şəxs Bakıda yaşayırmış

25.01.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Qəbələ rayonu Nohurqışlaq kəndindəki Nohurgöldə meyiti tapılan şəxslə bağlı təfərrüatlar məlum olub.

Bakupost.az Lent.az-a istinadla xəbər verir ki, mərhum 40 yaşlı Qəribov İlham İslam oğlu yanvarın 16-da yaşadığı Bakının Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsindəki evdən axşam saatlarında çıxaraq, bir daha geri qayıtmayıb.

Axtarışlar zamanı onun meyiti Qəbələdə yerləşən məşhur Nohurgöldə tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Onun intihar etməsi və ya digər versiyalar hələlik bəlli deyil.

Qeyd edək ki, əvvəlcə İlham Qəribovun gölün sahilində çantası aşkar edilib. Çantanın içərisində onun mobil telefonu, pasportu və digər əşyaları olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью