Qəbələdə hovuzda boğulan 29 yaşlı qadın öldü

01.09.2026

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Qəbələ rayonunda İmişli sakini bədbəxt hadisə nəticəsində ölüb.

Gununsesi.info  xəbər verir ki, hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb.

29 yaşlı Lamiyə Əhmədli hovuzda boğularaq ölüb. İlkin ehtimala görə, qadın yaxınları ilə birlikdə istirahət məqsədilə Qəbələyə gedibmiş. Hadisə isə məhz günlük kirayə tutduqları evdə baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью