Qəbələdə irigövdəli ağac hərəkətdə olan maşının üzərinə düşdü, sürücü.. VİDEO

17.12.2024

Icma.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qəbələdə gün ərzində davam edən güclü külək ağacı avtomobilin üzərinə aşırıb.

Avtosfer.az-ın məlumatına görə, hadisə dekabrın 17-də saat 11:30 radələrində rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Belə ki, küləyin təsirindən yol kənarındakı çinar ağacı qoparaq Qəbələ rayon sakini 1992-ci il təvəllüdlü Mustafayev Seyfəlin idarə etdiyi 36-BM-077 dövlət nömrə nişanlı “KIA” markalı avtomobilin üzərinə düşüb. Hadisə zamanı avtomobil sıradan çıxıb, sürücü alın nayihəsinin açıq yarası xəsarəti ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. 

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью