Qəbələdə istehsal edilən sənaye məhsulunun 18,5 faizi ixrac olunub

17.04.2025

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cari ilin yanvar-mart aylarında Qəbələ rayonunda fəaliyyət göstərən sənaye müəssisələri, həmçinin fərdi sahibkarlar və ev təsərrüfatları tərəfindən faktiki qiymətlərlə 40 milyon 305,2 min manatlıq məhsul istehsal olunub.

Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, istehsal edilən sənaye məhsulunun 14,7 faizi dövlət, 85,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. Üç ayda rayonda 7 milyon 469,2 min manatlıq sənaye məhsulu ixrac olunub. Bu, istehsal olunan sənaye məhsulunun 18,5 faizini təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью