Qəbələdə könüllülərin iştirakı ilə iməcilik

26.05.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qəbələ, 26 may, AZƏRTAC

Qəbələ şəhərində təmizlik aksiyası keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyətindən məlumat verilib.

Qeyd olunub ki, iməcilik zamanı Qəbələ şəhər ərazisində, küçə və parklarda təmizlik işləri aparılıb, məişət tullantıları təmizlənərək daşınıb.

Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları və rayon könüllüləri iştirak ediblər.

Müxbir - Rasim İslamoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью