Qəbələdə maşın aşdı Sürücü öldü

26.01.2026

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qəbələdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Unikal" xəbər verir ki, hadisə ötən gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Nic qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Nissan Navara" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə zamanı 1 nəfər ölüb, avtomobildə olan 26 yaşlı Kənan İlqar oğlu Zakirzadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью