Qəbələdə maşını insanların üstünə sürən şəxs həbs edildi

06.10.2025

Icma.az bildirir, News24 portalına istinadən.

Qəbələdə ictimai asayişi pozan sürücü inzibati məsuliyyətə cəlb olunub.

News24.az-ın əldə etdiyi məlumata görə, Qəbələ şəhəri Ə.Bağırov küçəsində yaşayan 1994-cü il təvəllüdlü T.Əliyevin piyadaların üstünə avtomobil sürdüyü müəyyən edilib.

Hadisə zamanı o, idarə etdiyi “Mercedes” markalı avtomobillə Heydər Əliyev prospektində yerləşən eynisəviyyəli piyada keçidindən keçən şəxslərə yol vermədən hərəkətinə davam edib. Bu davranış piyadalar arasında qorxu yaradıb və onlar polisə müraciət ediblər.

Qəbələ Rayon Polis Şöbəsinə dəvət olunan T.Əliyev orada da aqressiv davranışlar nümayiş etdirərək xuliqanlıq hərəkətlərini davam etdirib.

Faktla bağlı sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib olunub və Qəbələ Rayon Məhkəməsinin qərarı ilə o, 10 sutka inzibati həbs cəzası alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью