Qəbələdə maşının vurduğu piyada öldü

13.10.2025

Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qəbələdə oktyabrın 11-də avtomobilin vurduğu piyada ölüb.

Avtosfer.az xəbər verir ki, Bakı şəhər sakini Zeynalov Rəşan İlkin oğlu idarə etdiyi "Hyundai" markalı avtomobillə piyada Bəkirova Yaqut Orucalı qızını vurub.

Qadın Qəbələ Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Yaqut Bəkirova dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью