Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. Qəbələdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qəbələ rayon ərazisində olub.
Belə ki, “VAZ 2106” markalı avtomobillə “Opel” markalı maşın toqquşub.
Nəticədə “VAZ-2106”nın sürücüsü 1956-cı il təvəllüdlü Əliağa Mirzalıyev, “Opel”in sürücüsü 1962-ci il təvəllüdlü Adil Məmmədov, sərnişinləri 1965-ci il təvəllüdlü Xariqə Məmmədova, 1999-cu il təvəllüdlü Nurtəkin Məmmədli və 1992-ci il təvəllüdlü Aytəkin Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. Mübariz,Muradov Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.