Qəbələdə Mercedeslə VAZ toqquşdu Ölən və xəsarət alanlar var

11.11.2024

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabrın 11-i saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlar kəndi ərazisində “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

"Unikal"ın məlumatına görə, nəticədə “VAZ”ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, “Mercedes”in sürücüsü, 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Murad İbrahimli


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью