Qəbələdə minifutbol üzrə rayon birinciliyində 18 komanda mübarizə aparır

06.06.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Qəbələ, 6 iyun, Mustafa Dadaşov, AZƏRTAC

“Qəbələ - İdman Paytaxtı 2025” çərçivəsində ümumtəhsil məktəblərinin komandaları arasında minifutbol üzrə rayon birinciliyinə start verilib. Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə Qəbələ şəhər 5 saylı tam orta məktəbin idman bazasında keçirilən yarışda 18 komanda mübarizə aparır.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.

Birinciliyin açılış mərasimində Regional Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov çıxış edərək, ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb, “Qəbələ - İdman Paytaxtı 2025” çərçivəsində rayonda silsilə idman tədbirlərinin keçirildiyini diqqətə çatdırıb, yarış iştirakçılarına uğurlar arzulayıb.

Minifutbol üzrə rayon birinciliyi iyunun 11-dək davam edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью