Qəbələdə minik avtomobilləri toqquşdu, bir ölü, üç yaralı var

11.11.2024

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qəbələdə “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Ölkə.az xəbər verir ki, hadisə noyabrın 11-i saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlar kəndi ərazisində qeydə alınıb.

Nəticədə “VAZ”-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, “Mercedes”-in sürücüsü, 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью