Qəbələdə minik avtomobilləri toqquşub

11.11.2024

Missiya.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Qəbələdə “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, hadisə noyabrın 11-i saat 09 radələrində Qəbələ rayonunun Nohurqışlar kəndi ərazisində qeydə alınıb.

Nəticədə “VAZ”-ın sürücüsü, 1964-cü il təvəllüdlü Ağamalı Xanalıyev aldığı xəsarətlərdən ölüb, “Mercedes”-in sürücüsü, 30 yaşlı Elgün Məmmədzadə və iki sərnişini xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a bildirilib ki, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью