Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək Nazir şirkətin sahibilə görüşdü

29.01.2026

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Gabala Beverage Company” şirkətininin təsisçisi Sezar Çöçelli ilə görüşüb.

Marja xəbər verir ki, görüşdə şirkətlə əməkdaşlıq məsələləri və biznes təşəbbüsləri müzakirə edilib.

Qəbələ rayonu ərazisində alkoqollu və alkoqolsuz içkilərin istehsalı zavodunun tikintisi üzrə görülən işlər barədə fikir mübadiləsi aparılıb.

Layihənin rəqabətqabiliyyətli məhsul istehsalı, ixrac imkanlarının genişləndirilməsi və regionlarda məşğulluğun təşviqi baxımından perspektivləri qeyd edilib.

Xatırladaq ki, “Gabala Beverage Company” şirkəti İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (keçmiş “Azərbaycan İnvestisiya Şirkəti” ASC) və Gürcüstanın “Georgian Beer Company” Ltd şirkəti arasında imzalanan Birgə İştirak Müqaviləsinə əsasən yaradılıb.

Qəbələ rayonunda qabaqcıl beynəlxalq texnologiyalara əsaslanan pivə və sərinləşdirici içki zavodu illik 147 milyon litr istehsal gücünə malik olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью