Qəbələdə növbəti konsert proqramı təqdim olunub | Icma.az
Icma.az, Sia Az saytına istinadən bildirir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ilk dəfə keçirilən “Qış nağılı” Beynəlxalq Musiqi Fest
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, festival çərçivəsində fevralın 9-da Heydər Əliyev Konqres Mərkəzində Bakı Kamera Orkestrinin konsert
Bakı Kamera Orkestri 2011-ci ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin təşəbbüsü ilə yaradılıb.
Orkestrin tərkibinə beynəlxalq müsabiqə laureatları və istedadlı ifaçılar daxildir.
Orkestr dünyanın bir çox ölkələrində konsert proqramları ilə qastrol səfərlərində olub, Azərbaycanın və dünyanın tanınmış sənətçilərini müşayiət edib.
Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəyli, dirijoru Əməkdar artist Fuad İbrahimov, direktoru Xalq artisti Yeganə Axundovadır.
Konsertdə A.Vivaldinin “İlin fəsilləri” silsiləsindən “Qış”, P.İ.Çaykaovskinin Simli alətlər üçün serenadasından “Vals” və “Final”, A.Piatsollanın “Buenos-Ayresdə ilin fəsilləri” silsiləsindən “Yaz”, Niyazinin “Arzu”, S.İbrahimovanın “Piano və orkestr üçün 4 nömrəli konsert”, N.Kapustinin “Piano və orkestr üçün 2 nömrəli konsert”, F.Əmirovun “Azərbaycan elləri”, F.Bədəlbəylinin “Dəniz” əsərləri səsləndirilib.
Solistlər Murad Adıgözəlzadə (piano), Yeganə Axundova (piano), Nəzrin Aslanlı (skripka), Nigar Cəfərovadır (soprano).
Tam oxu
Xəbəri oxu